Kredit müqavilələri ilə bağlı yenilik - Detallar

11:34 - 19.01.2023


19 yanvar, Fineko/abc.az. “Artıq kredit müqavilələri Mülki Məcəllənin normaları ilə tənzimlənəcək”.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov deyib.

O bildirib ki, vətəndaşların, istehlakçıların hüquqları Mülki Məcəllə çərçivəsində qorunacaq.

Komitə sədri Əli Hüseynli bildirib ki, faktiki olaraq kredit verən hər zaman üstünlük əldə edirdi: “Bununla bağlı bir çox məhkəmə işləri də var. Mülki Məcəlləyə bu cür normaların gəlməsi vətəndaşların və istehlakçıların hüquqlarının müdafiəsi baxımından çox mühümdür. Bütün dünyada bu cür münasibətlər müqavilə ilə tənzimlənir”.