Türkiyədən Azərbaycana faizsiz pul köçürmələri başlayıb

11:30 - 18.01.2023


18 yanvar, Fineko/abc.az. İlk dəfə olaraq Türkiyədən Azərbaycana faizsiz pul köçürmələri başlayıb.

ABC.AZ-ın məlumatına görə, pul köçürmələri yeni yaradılmış «Turan» mobil tətbiqi vasitəsilə həyata keçirilir.

Bu layihə yeni yaradılmış “Turan texnologiya” MMC şirkəti tərəfindən reallaşdırılır. “Turan” tətbiqi də bu şirkətin nəzdəndə yaradılıb. 

İşlər “United Payment” şirkətinin texniki və təşkilati dəstəyi ilə həyata keçirilir.