Banklar valyuta hərracında tələbi 46,6% azaldıb

12:29 - 17.01.2023


17 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, 17 yanvar 2023-cü il tarixində valyuta hərracında 18,7 milyon dollar satılıb ki, bu da ötən hərracdan 16,3 milyon dollar (46,57%) azdır. Yanvarın 12-də AMB hərracında banklara 35,0 milyon dollar dəyərində valyuta satıb.

"Valyuta hərracında bankların tələbi 18,7 milyon dollar təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.