Qərb ölkələrinin əsas bankları Rusiyada törəmə banklarını sata bilmir

12:14 - 17.01.2023


17 yanvar, Fineko/abc.az. Rusiyada törəmə şirkətləri olan 45-ə yaxın Qərb bankı Rusiyadakı aktivlərini satmaq üçün münasib təkliflər tapa bilmir.

ABC.AZ xəbər verir ki, bu barədə “The Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bu hal Vladimir Putinin “dost olmayan” dövlətlərin şirkətlərinə ölkə hakimiyyətinin müvafiq icazəsi olmadan belə əməliyyatları həyata keçirməyi qadağan edən fərmandan sonra yaranıb.

Ekspertlər hesab edirlər ki, belə bir fərman gələcək sövdələşmələrin bəzilərini poza, digərlərinin isə şərtlərini əsaslı şəkildə dəyişdirə bilər.