Dollar ABŞ-da ucuzlaşıb

10:20 - 17.01.2023


17 yanvar, Fineko/abc.az. Ötən həftənin sonu ABŞ-da inflyasiya göstəricilərinin proqnozlaşdırıldığı kimi geriləməsi dolların kəskin ucuzlaşmasına səbəb oldu.

ABC.AZ xəbər verir ki, nəticədə dollar indeksi 101.60 bənd hədlərinə kimi gerilədi.

“Ayı”lar eniş tendensiyasını davam etdirə bilsələr, DXY 100 bənd səviyyəsini test edə bilər.

Eyni zamanda gün ərzində Almaniyada və Kanadada açıqlanacaq inflyasiya göstəriciləri, həmçinin, İngiltərədə dərc olunacaq əmək bazarına dair statistik rəqəmlər, eləcə də, Avrozonada önəmli məlumatlar investorların diqqət mərkəzində olacaq.