12:45 - 12.01.2023
12 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatında deyilir ki, 12 yanvar 2023-cü il tarixində valyuta hərracında 35 milyon dollar satılıb ki, bu da ötən hərracdan 16,2 milyon dollar (31,6%) azdır. AMB 10 yanvar 2022-ci il hərracında banklara 51,2 milyon dollar dəyərində valyuta satıb.
"Valyuta hərracında bankların tələbi 35,0 milyon dollar təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında belə deyilir.
Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026