15:24 - 10.01.2023
10 yanvar, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasının 2023-cü il üçün dövlət büdcəsinin xərcləri 614 milyon 652 min 500 manat müəyyən olunub.
Bunun 132 milyon 222 min manatı Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri hesabına, 482 milyon 430 min 500 manatı isə Naxçıvana ayrılan dotasiya hesabına tənzimlənəcək.
ABC.AZ xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ona hədəflənib.
Bildirilib ki, muxtar respublika dotasiyadan asılı olmasın və mümkün qədər özü özünü maliyyələşdirsin.
Bu fikirləri altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından sonra jurnalistlərə müsahibəsində Ali Məclisin deputatları Anar İbrahimov və Ehtimad Məmmədov bildiriblər.
Sessiyada Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib. Fuad Nəcəfli çıxış edib və müvafiq tapşırıqlar verib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026