12:48 - 10.01.2023
10 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatında deyilir ki, 10 yanvar 2023-cü il valyuta hərracında 51,2 milyon dollar satılıb ki, bu da ötən hərracdan 1,5 milyon dollar (2,85%) azdır. AMB 5 yanvar 2022-ci il hərracında banklara 52,7 milyon dollar dəyərində valyuta satıb.
"Valyuta hərracında bankların tələbi 51,2 milyon dollar təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.
Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026