11:49 - 5.01.2023
5 yanvar, Fineko/abc.az. Bu il devalvasiya olacaqmı? 2023-ci ildə manatın məzənnəsinin necə dəyişəcəyi son günlər ən çox ünvanlanan suallardandır. Milli Məclisin deputatı Vüqar Bayramov bununla bağlı açıqlama verib.
ABC.AZ xəbər verir ki, deputat açıqlamasında bir sıra məsələlərə toxunub.
O bildirib ki, Mərkəzi Bank milli valyutanın məzənnəsinə təhdidlərin olmadığını bəyan edib.
Bununla yanaşı, il ərzində qlobal proseslərə, xüsusən də regional dəyişikliklərə reaksiya veriləcəyi də istisna olunmur. Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci il neft bazarı üçün düşərli olsa da, 2023-cü ilə birjalar heç də yüksək qiymətlə başlamayıb.
“Brent” markalı neftin bir barelinin qiyməti 80 dollardan ucuz təklif olunur. Köhnə ilin son günü ilə müqayisədə neftin qiyməti son 5 gündə 8 faizdən çox dəyər itirib. Bu isə neft ixrac edən ölkələrin valyuta gəlirləri baxımdan arzuolunan deyil. 2023-cü ildə qlobal iqtisadiyyatın durumu, Çində COVID-19 pandemiyasının yayılması coğrafiyası və tezliyi, eləcə də Rusiya-Ukrayna müharibəsinin gedişatı strateji bazarlara təsir edəcək. Böyük Yeddiliyin Rusiya neftinə qiymət tavanı müəyyənləşdirməsi isə “qara qızılın” qiymətində artımları xeyli dərəcədə məhdudlaşdırır”.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026