11:09 - 30.12.2022
30 dekabr, Fineko/abc.az. İran Milli Bankının direktoru Əli Salehabadi tutduğu vəzifədən istefa verib.
ABC.AZ xəbər verir ki, bunu ölkənin Mərkəzi Bankının sözçüsü Vəfa Kamari bildirib.
Onun sözlərinə görə, maliyyə qurumunun İdarə Heyəti Əli Salehabadinin istefasını qəbul edib və Məhəmmədrza Fərzini yeni rəhbər seçilib.
V.Kərimi deyib ki, onun istefasına əsas səbəb olaraq İran milli valyutasının sürətlə ucuzlaşması göstərilib.
Məlumat üçün bildirək ki, hazırda 1 ABŞ dollarının 43 min tümənə mübadilə edildiyi bildirilir.
Qeyd edək ki, Məhəmmədrza Fərzini 2021-ci ildən Milli Bankda işləyir. O, 2019-2021-cü illərdə Sahibkarlar Bankının baş direktoru və bankın Direktorlar Şurasının sədri olub.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026