İlk dəfə uçot dərəcəsinin banklararası bazara təsiri müşahidə edilib

10:38 - 30.12.2022


30 dekabr, Fineko/abc.az. İlk dəfə faiz dəhlizinin parametrlərinin banklararası bazarda faizlərə təsiri müşahidə olunub.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilib.

Buna pul siyasəti ilə bağlı təklif edilən yeni alətlərin təsir etdiyi bildirilib.

Qeyd edilib ki, banklararası təminatsız pul bazarında 1 günlük əməliyyatların orta faizi noyabrda oktyabrla müqayisədə 0.6 faiz bəndi yüksək olub.

Qeyd olunanlar pul siyasəti qərarlarının faiz kanalı ilə transmissiyasının yaxşılaşdığını göstərir.