Hesablama Palatasının auditoru kim olacaq?

12:34 - 29.12.2022


29 dekabr, Fineko/abc.az. Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy haqqında” məsələyə baxılıb.

ABC.AZ xəbər verir ki, iclasda komitənin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı ilə Vüqar İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi irəli sürülüb.

Qeyd edilib ki, V.İbrahimov 2007-ci ildən Hesablama Palatasında, hazırda isə Aparatın rəhbəri kimi çalışır