12:42 - 27.12.2022
27 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, dekabrın 27-də keçirilən valyuta hərracında 59 milyon dollar satılıb ki, bu da ötən hərracdan 12,8 milyon dollar (17,83%) azdır. Dekabrın 22-də keçirilən hərracda Mərkəzi Bank banklara 71,8 milyon dollar dəyərində valyuta satıb.
"Valyuta hərracında bankların tələbi 59,0 milyon dollar təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.
Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026