Azərbaycan Banklarının faiz gəlirləri bu qədər artıb

10:11 - 26.12.2022


26 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan bankları 2 470,3 milyon manat faiz gəlirləri əldə edib.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,9% çoxdur.

Bankların 11 aylıq faiz gəlirlərinin 1 993,3 milyon manat kreditlər üzrə faiz gəlirləridir. Bu isə 1 il əvvələ nisbətən 28,7% çoxdur.

Azərbaycan banklarının qeyri-faiz gəlirləri 39% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan bankları 1 077,8 milyon manat qeyri-faiz gəlirləri əldə edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,9% çoxdur.