Banklar valyuta hərracında tələbi 23% azaldıb

12:37 - 22.12.2022


22 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, dekabrın 22-də keçirilən valyuta hərracında 71,8 milyon dollar satılıb ki, bu da ötən hərracdan 21,6 milyon dollar (23,13%) azdır. Dekabrın 20-də keçirilən hərracda AMB banklara 93,4 milyon dollar dəyərində valyuta satıb.

"Valyuta hərracında bankların tələbi 71,8 milyon dollar təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında belə deyilir.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.