11:08 - 21.12.2022
21 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi ilə birlikdə ölkədə müasir bilik və bacarıqlara malik aktuarilərin yeni nəslinin formalaşdırılması məqsədi ilə Aktuari İnkişaf Proqramına başlayıb.
ABC.AZ bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, proqram Türk Sığorta İnstitutu Vəqfinin (TSEV) və yerli mütəxəssislərin dəstəyi ilə icra olunur və 15 ay davam edəcək.
Onun iştirakçılarına nəzəri biliklərlə yanaşı sığorta sektorunda təcrübə keçmək imkanı da yaradılıb.
Dekabrın 19-da AMB-də Aktuari İnkişaf Proqramına qatılmaq hüququ qazanmış 90 nəfərlə görüş keçirilib.
Görüşdə iştirakçılara proqramın məqsədləri və tələbləri ətraflı izah edilib, proqramda müvəffəqiyyətlə iştirak üçün lazımi tövsiyələr verilib.
Bildirilib ki, proqramı uğurla tamamlayan şəxslər üçün sığorta sektorunda müvafiq peşə üzrə əmək fəaliyyətini davam etdirmək imkanları təmin ediləcək.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026