12:38 - 20.12.2022
20 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatında deyilir ki, dekabrın 20-də keçirilən valyuta hərracında 93,4 milyon dollar satılıb ki, bu da ötən hərracdan 32,2 milyon dollar (52,61%) çoxdur. Dekabrın 15-də keçirilən hərracda Mərkəzi Bank banklara 61,2 milyon dollar dəyərində valyuta satıb.
"Valyuta hərracında bankların tələbi 93,4 milyon dollar təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.
Hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026