Son 9 ayda ölkəyə göndərilən pul baratlarının həcmi 3 dəfədən çox artıb

16:29 - 15.12.2022


15 dekabr, Fineko/abc.az. Mərkəzi Bankın 2022-ci ilin 9 ayı üzrə Tədiyə balansı açıqlanıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə ölkəyə göndərilən pul baratlarının həcmi 3.6 dəfə artaraq 2.8 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 29.6% artaraq 522 milyon dollar (0,5 milyard dollar) olmuşdur.

Nəticədə pul baratları üzrə 2.3 milyard dollar müsbət saldo yaranıb.

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 2.3 milyard dollar (6.3 dəfə artım) təşkil edib.

Təkrar gəlirlər balansı cari transfertlər, o cümlədən pul baratları, humanitar yardımlar, qrantlar və s. maddələr üzrə daxilolma və xaricolma əməliyyatlarının saldosu əsasında formalaşır.