Dövlət büdcəsində artıqlıq yaranıb - Hesabat

16:57 - 14.12.2022


14 dekabr, Fineko/abc.az. Dövlət büdcəsində 3 milyard manatdan çox artıqlıq yaranıb.

ABC.AZ xəbər verir ki, Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 28 milyard 978,1 milyon manat vəsait daxil olub.

Məlumata əsasən, sözügedən dövrdə büdcədən 25 milyard 975,5 milyon manat vəsait xərclənib.

Büdcənin icrasında 3 milyard 02,6 milyon manatlıq profisit (artıqlıq) yaranmışdır.