21:51 - 14.09.2026
14 Sentyabr, Fineko/abc.az. "Microsoft" şirkəti gələcəkdə hazırlayacağı süni intellekt (AI) modellərinin insan nəzarəti altında və təhlükəsiz fəaliyyət göstərməsini təmin etmək məqsədilə "Hümanist Süni İntellekt Davranış Qaydaları" adlı yeni davranış standartları taslağını təqdim edib.
Sənəd modellərin silah istehsalına yardım etməsini, təhlükəli maddələrə çıxışı asanlaşdırmasını və zorakılıq və ya açıq-saçıq məzmun istehsal etməsini qadağan edir. Təşəbbüs Anthropic və OpenAI rəhbərlərinin AI təhlükəsizliyi üzrə nəzarətin gücləndirilməsi çağırışlarının ardınca gerçəkləşib.
Şirkət ictimaiyyətlə bölüşdüyü taslaq üzrə altı həftə ərzində rəy və təklifləri toplayacaq. İl sonunadək təkrar nəzərdən keçirilməsi planlaşdırılan qaydaların 2027-ci ildən etibarən "Microsoft"un bütün süni intellekt modellərinin işlənib hazırlanmasında əsas bələdçi standart kimi tətbiq olunması nəzərdə tutulur.
27 November 2026
27 November 2026
27 November 2026
27 November 2026
27 November 2026
27 November 2026
27 November 2026
27 November 2026
27 November 2026
27 November 2026
27 November 2026
27 November 2026
27 November 2026
27 November 2026
27 November 2026
27 November 2026