19:51 - 7.07.2026
7 iyul, Fineko/abc.az. Azərbaycan və Özbəkistan 2030-cu ilə qədər qarşılıqlı ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
Nazirin sözlərinə görə, bu hədəfə təkcə birbaşa ticarət hesabına deyil, həm də qarşılıqlı investisiyaların artırılması və sənaye kooperasiyası layihələrinin genişləndirilməsi sayəsində nail olunacaq.
Qeyd olunub ki, ilin ilk aylarında artıq ciddi sıçrayış qeydə alınıb. Cari ilin ilk 5 ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox artaraq 200 milyon dolları ötüb.
Bu göstəricilər iki qardaş ölkə arasındakı iqtisadi tərəfdaşlığın yeni və daha dinamik mərhələyə qədəm qoyduğunu sübut edir.
8 July 2026
8 July 2026
6 July 2026
6 July 2026