“Intel”in yeni planları dövlət dəstəyi ala bilməyib

11:15 - 12.06.2023


12 iyun, Fineko/abc.az. “Intel”in Almaniyada çip istehsalı fabriki ilə bağlı planları dəstək tapa bilməyib.

ABC.AZ xəbər verir ki, şirkət Almaniyadakı fabrikinə 6,8 milyard avro dövlət dəstəyi almalı idi.

Almaniyanın maliyyə naziri Kristian Lindner “Intel”in 17 milyard avroluq (18 milyard dollar) çip fabriki üçün subsidiya tələblərini rədd edərək, ölkənin bunu ödəyə bilməyəcəyini deyib.

“Financial Times” hesabatına görə, yüksək inflyasiya ilə “Intel” öz fabrikinin yüksək enerji və tikinti xərclərini hesablayaraq, təxminən 10 milyard avro tələb edir.