11:06 - 28.06.2022
28 iyun, Fineko/abc.az. Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs 2021-ci ili 5 milyon 416 min manat xalis zərər ilə başa vurub və təşkilatın yığılmış zərəri 25 milyon 100 min manata çatıb.
ABC.AZ xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsi 2020-ci ili 6 milyon 724 min manat, 2019-cu ili 6 milyon 381 min manat, 2018-ci ili 6 milyon 578 min manat, 2017-ci ili 4 milyon 834 min manat xalis zərər ilə bağlamışdı.
Ötən il Bakı Sağlamlıq Mərkəzinin cəmi gəlirləri 21 milyon 320 min manat təşkil edib.
Bu gəlirlərin 7 milyon 857 min manatı dövlət büdcəsindən, 13 milyon 463 min manatı göstərilən xidmətlərdən əldə edilib. 2020-ci ildə Bakı Sağlamlıq Mərkəzinin cəmi gəlirləri 15 milyon 495 min manat təşkil etmişdi (8 milyon 213 min manatı dövlət büdcəsindən, 7 milyon 281 min manatı göstərilmiş xidmətlərdən).
30 İyul 2026
28 İyul 2026