10:46 - 28.04.2022
28 aprel, Fineko/abc.az. Çində koronavirusa yoluxma sayı hər gün artmaqdadır.
ABC.AZ-ın məlumatına görə, artım səbəbi ilə məktəblər də distant təhsilə keçib. Söhbət Tonçjou şəhərinin ətrafı və paytaxtın iki mərkəzi rayonundan biri - Xiçenqdən gedir.
Tonçjouda orta və ibtidai məktəblərin, eləcə də peşə-texniki məktəblərinin şagirdləri distant təhsilə keçirilib.
Uşaq bağçaları da növbəti xəbərdarlığa qədər müvəqqəti bağlanıb.