15:04 - 20.04.2022
20 aprel, Fineko/abc.az. Pirallahı Sənaye Parkında qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplər istehsal ediləcək.
Sənaye Parkından ABC.AZ-a verilən məlumata görə, istehsal “Medtest” MMC tərəfindən təşkil olunacaq. Müəssisəyə artıq rezident statusu verilib. Layihənin investisiya dəyəri 2,75 mln. manatdır və bunun da 82%-i təsisçi, 18%-i Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti hesabına formalaşdırılacaq.
İstehsal olunacaq məhsullar ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
Müəssisədə 20 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026