09:59 - 12.04.2022
12 aprel, Fineko/abc.az. Rusiyada ilin birinci rübündə kapital çıxışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 266 faiz artaraq, 64,2 milyard dollara çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Məlumata əsasən, 2021-ci ilin birinci rübündə ölkədən kapital çıxışı 17,5 milyard dollar olmuşdu.
Mərkəzi Bankın məlumatında Rusiyanın xarici ticarət müsbət saldosunun sözügedən dövrdə 25,8 milyard dollardan 66,3 milyard dollara yüksəldiyi vurğulanıb.
Ekspertlər bunu Rusiyaya tətbiq edilən sanksiyalara görə onlarla xarici şirkət və investorun ölkəni tərk etməsi ilə əlaqələndirib.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026