Rusiya Mərkəzi Bankı uçot dərəcəsini endirdi

14:22 - 8.04.2022


8 aprel, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldaraq 17 faizə endirib. Faiz endirimi aprelin 11-dən qüvvəyə minəcək.

ABC.AZ xəbər verir ki, Bank uçot dərəcəsinin3 faiz  bəndi azaldaraq 20 faizdən 17 faizə endirib.

Həmçinin Bank qarşıdakı görüşlərdə əlavə faiz endirimlərinin mümkünlüyünə diqqət çəkib. Bankın  növbəti iclası aprelin 29-da keçiriləcək.