Rusların Türkiyə banklarına marağı artıb - Pul köçürməsi başlanıb

12:18 - 8.04.2022


8 aprel, Fineko/abc.az. Rusiya-Ukrayna krizi başlayandan bu günə kimi ruslar Türkiyə banklarına təxminən 3 milyard dollar köçürüblər.

ABC.AZ-ın məlumatına görə, bunu barədə məlumat Türkiyə Mərkəzi Bankının hesabatında öz əksini tapıb. Türkiyədə bəzi iqtisadçılar məsələ ilə bağlı təəccüblü açıqlama veriblər.

Qeyd edilib ki, köçürülən məbləğ Rusiya vətəndaşlarının əmanətləridir.

Bildirilib ki, əvvəlcə bu vəsaitlər Türkiyə banklarına yatırılır, sonradan isə Mərkəzi Bankı hesablarında peyda olur. Türkiyə Mərkəzi Bankına pul ən çox “Yandex”, “Avito”, “Tinkoff” və “DataArt” şirkətlərinin əməkdaşları tərəfindən köçürülüb.