Bu ölkənin valyuta ehtiyatları xeyli azalıb

11:30 - 7.04.2022


7 aprel, Fineko/abc.az. Yaponiyanın valyuta ehtiyatları martda 2%-dən çox azalıb.

ABC.AZ-ın məlumatına görə, bu da indiyədək ölkə tarixində ən böyük azalmadır.

Belə ki, martın 31-nə Yaponiyanın valyuta ehtiyatları təxminən 1,4 trilyon dollar təşkil edib.

Ehtiyatların azalması, ilk növbədə, Tokionun ehtiyatlarının bir hissəsini saxladığı ABŞ dövlət qiymətli kağızlarının dəyərdən düşməsi ilə bağlıdır.

Yaponiya Maliyyə Nazirliyi bildirib ki, valyuta ehtiyatlarının azalmasına avronun dollara nisbətdə ucuzlaşması da öz təsirini göstərib.

Müəllif: Elmir Murad