Kredit verən təşkilatların sayı artıb - 46-ya çatıb

16:42 - 5.04.2022


5 aprel, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) "MCB" QSC bank olmayan kredit təşkilatını (BOKT) müvəkkil maliyyə qurumlarının siyahısına daxil edib.

ABC.AZ Fonda istinadən xəbər verir ki, bununla da, SİF-in müvəkkil kredit təşkilatlarının sayı 45-dən 46-ya çatıb.

Hazırda Fond 23 bank, 11 BOKT və 12 kredit ittifaqı ilə əməkdaşlıq edir.