Dövriyyədə olan pul bazası artıb - Mərkəzi Bankdan hesabat

14:31 - 1.04.2022


1 aprel, Fineko/abc.az. 2022-ci ilin mart ayında Azərbaycanda pul bazası 414 milyon manat artaraq 14 milyard 359,6 milyon manata yüksəlib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, fevralda pul bazası 98.6 milyon manat azalaraq 13 milyard 945.6 milyon manata düşmüşdü. 2022-ci ilin ilk 3 ayında pul bazası 3 milyard 578 milyon manat azalıb.

Ötən ilin sonunda pul bazası 17 milyard 937.6 milyon manata çatmışdı.

Qeyd edək ki, pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur.