Azərbaycanda ən çox artan bank kartları - Siyahı

15:27 - 29.03.2022


29 mart, Fineko/abc.az. Ötən ilin müvafiq dövrünə nəzərən Azərbaycanda əməkhaqqı kartlarının sayı 47 min, kredit kartları 329 min, digər kartlar isə 1.5 mln. ədəd artıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artıb.

2022-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1379 mln. manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 1016 mln. manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 361 mln. manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib.

Fevral ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 37.7%-ni təşkil edib.