Azərbaycanda banklar valyuta hərracında tələbi 35% artırıblar

12:36 - 29.03.2022


29 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, martın 29-da baş tutan valyuta hərracında $105 mln satılıb ki, bu da ötən hərracda olduğundan $27,2 mln (34,96%) çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $ 105 mln. təşkil edib və tam təmin edilib. Hərracda nisbətən yüksək tələb, bayram günləri ilə bağlı cədvəl üzrə 2 hərracın keçirilməsinin mümkünsüzlüyü ilə bağlıdır", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.