Əhalinin banklarda olan əmanətləri artıb

12:32 - 29.03.2022


29 mart, Fineko/abc.az. Əhalinin banklarda olan əmanətlərinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) artım trendi fevral ayında da davam etmişdir.

Bu barədə ABC.AZ Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.

Hesabat ayında bankların əmanət portfeli 4.4% (412.9 mln. manat) artaraq 9,869.7 mln. manat təşkil edib. Əmanət portfelinin 55%-i (5,426.5 mln. manat) fiziki şəxslərin müddətli əmanətlərindən ibarətdir. 

Qeyd olunur ki, fiziki şəxslərin əmanətlərinin dollarlaşması fevral ayında ilin əvvəlinə nəzərən 0.6 faiz bəndi azalaraq 40.4% təşkil edib.