Bank sektorunda çalışanların sayı artıb

12:23 - 29.03.2022


29 mart, Fineko/abc.az. Cari ilin fevral ayında ölkədə fəaliyyət göstərən 26 bankın filiallarının sayı 481, şöbələrinin sayı 97, ATM-lərin sayı 2931 olmuşdur.

Bu barədə ABC.AZ Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.

Qeyd olunur ki, hesabat ayında bank sektorunda çalışanların sayı 1.1% (233 nəfər) artaraq 20834 nəfər təşkil edib.