Fevralda bankların kredit portfeli 2% artıb

12:15 - 29.03.2022


29 mart, Fineko/abc.az. Azərbaycanın bank sektorunun kredit portfeli fevral ayında 2.1% (345.1 mln. manat) artaraq 17,126.5 mln. manat olmuşdur.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 58.2% (9,972.9 mln. manat) təşkil edib.

Fevral ayında kredit portfeli üzrə artımın 2/3-i (226.3 mln. manat) biznes portfelinin payına düşmüşdür.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.9% təşkil edib.

Qeyd olunan göstərici əvvəlki aya nəzərən 0.2 % bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2.4 % bəndi azalmışdır.