Valyuta hərracında banklar tələbi 3,7 dəfə artırıblar

12:59 - 11.03.2022


11 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, martın 11-də keçirilən valyuta hərracında $54,6 mln satılıb ki, bu da ötən hərracda olduğundan $39,7 mln (3,7 dəfə) çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $54,6 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.