Azərbaycanda zəif banklar aradan çıxdı - Dünya Bankının nümayəndəsi

15:32 - 9.03.2022


9 mart, Fineko/abc.az. 2015 və 2016-cı illər böhranından sonra biz bank sisteminin təkmilləşməsinin və güclənməsinin şahidi oluruq.

Bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl ABC.AZ-a müsahibəsində bildirib.

Dünya Bankı nümayəndəsi bildirib ki, bu özünü bir neçə istiqamətdə biruzə verib:

"Zəif və həssas bankların aradan çıxması, bank sistemində aktivklərin keyfiyyətinin yaxşılaşması və həmçinin əmanətlərin dedollarlaziyalaşması prosesinin biz şahidi oluruq. Həmçinin bu ötən illər çərçivəsində hökumət tərəfindən maliyyə sektorunun sağlamlaşdırılması öhdəliyinin də şahidi oluruq. Xüsusi ilə də bu özünü maliyyə sektoruna nəzarət sisteminin təkmilləşdirilməsində göstərir. Eyni zamanda tənzimləmə və nəzarət  çərçivələrinin təkmilləşməsi baş verməkdədir. Bank sisteminin sabitliyinin təmin edilməsinə diqqət artıb. Bununla bərabər, əlbəttə, müəyyən sahələr vardır ki, həmin sahələrə diqqətin ayrılması və ya çətinliklərin aradan qaldırılmasına ehtiyac var. Müəyyən banklar var ki, xarici valyuta riskləri, öhdəlikləri mövcuddur. Eyni zamanda bank sistemindən kənarda qlobal bazarda ki, velontellik müəyyən diqqət tələb edən məsələlərdəndir".

Müəllif: Elmir Murad