Müharibə Fed-in planlarına təsir etməyib

14:52 - 4.03.2022


4 mart, Fineko/abc.az. Rusiya ilə Ukrayna arasındakı müharibə FED-in planlarına təsir etməyib.

ABC.AZ-ın məlumatına görə, bunu ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Pauell deyib.

O qeyd edib ki, işğaldan əvvəl düşündüyümüz xətlə davam edəcəyik.

Pauell yarımillik Pul Siyasəti Hesabatı ilə bağlı təqdimatının ikinci günündə ABŞ Senatının Bankçılıq, Mənzil və Şəhər İşləri Komitəsinin iclasında iştirak edib. Komitə üzvlərinin Rusiya-Ukrayna müharibəsinin təsirləri ilə bağlı suallarını cavablandıran Pauell bildirib ki, indiyədək əmtəə qiymətləri, xüsusilə enerji qiymətləri əhəmiyyətli dərəcədə artıb. Bu vəziyyətin inflyasiyanı yuxarıya doğru basdıracağına diqqət çəkən Pauell, risk iştahının da azala biləcəyini və bunun investisiya və xərclərin azalmasına səbəb ola biləcəyini söyləyib.