17:12 - 3.03.2022
3 mart, Fineko/abc.az. Rusiya və Belarusa qarşı iqtisadi sanksiyalarda Dünya Bankı da iştirak edib. Təşkilat iki ölkədəki proqramların dayandırıldığını açıqlayıb.
ABC.AZ xəbər verir ki, Bank Rusiya və Belarusdakı proqramları ilə bağlı yazılı açıqlama verib.
Dünya Bankı 2014-cü ildən bu yana Rusiyaya yeni kredit və ya investisiyaları təsdiq etmədiyini ifadə edərək, 2020-ci ilin ortalarından sonra Belarus üçün təsdiqlənmiş yeni kreditin olmadığı bildirilib.
“Rusiyanın Ukraynaya təcavüzündən və Ukrayna xalqına qarşı hərbi əməliyyatlardan sonra Dünya Bankı Qrupu Rusiya və Belarusdakı bütün proqramlarını dərhal dayandırıb”, - Bankın bəyanatında deyilir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026