Banklar valyuta hərracında tələbi artırıblar

12:32 - 3.03.2022


3 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, martın 3-də baş tutmuş valyuta hərracında $64,2 mln satılıb ki, bu da ötən hərracda olduğundan $1 mln (1,58%) çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $64,2 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.