Rusiyada qiymətli kağızların satışını qadağan edildi

10:35 - 28.02.2022


28 fevral, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı Rusiya şirkətlərində pay sahibi olan xarici səhmdarlara Rusiya qiymətli kağızlarının satışını qadağan edib.

ABC.AZ-ın məlumatına görə, Rusiya Mərkəzi Bankı əcnəbilərə Rusiya qiymətli kağızlarının satışını qadağan edən sərəncam verib.

Belə ki, Rusiya Mərkəzi Bankı fevralın 28-i səhər saat 7-dən etibarən qiymətli kağızlar bazarının broker fəaliyyəti ilə məşğul olan peşəkar iştirakçılarına bu sərəncam ləğv edilənədək müştərilərin (xarici hüquqi və fiziki şəxslərin) qiymətli kağızların satışı ilə bağlı bütün sifarişlərinin icrasının dayandırılması tapşırılıb. Sənəd tənzimləyicinin sədr müavini tərəfindən imzalanıb.