Azərbaycan banklarında artan və azalan depozitlər - Siyahı

16:13 - 22.02.2022


22 fevral, Fineko/abc.az. 2022-ci ilin yanvar ayında əhalinin (fiziki şəxslərin) banklardakı əmanətləri 394,3 milyon manat artaraq 1 Fevral 2022-ci il tarixində 9 milyard 635,8 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, yanvarın əvvəlində əhalinin əmanətləri 9 milyard 241,5 milyon manat təşkil etmişdi.

Yanvarda müddətli depozitlər 52,4 milyon manat artaraq 5 milyard 391,4 milyon manata, tələbli depozitlər 372,1 milyon manat artaraq 4 milyard 65,5 milyon manat qalxıb.

Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri isə 30,1 milyon manat azalaraq 178,9 milyon manata düşüb.

Müəllif: Elmir Murad