12:33 - 10.02.2022
10 fevral, Fineko/abc.az. Azərbaycanda yerli dərman bazarının tənzimlənməsinə dair təkliflər hazırlanıb.
ABC.AZ xəbər verir ki, bunu Səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə qeyd edib.
Nazirin sözlərinə görə, göstərilən səhiyyə xidmətlərinin əsas keyfiyyət indikatorlarından biri uyğun qiymətə effektiv dərman vasitələrinin mövcudluğudur:
“Farmaseptik məhsulların yerli istehsalı dərman vasitələrinə əlçatanlığı artırmaqla yanaşı elmi, texnoloji bacarıqları formalaşdırır və səhiyyə sistemini xarici təsirlərə qarşı daha davamlı edir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılan “Əczaçılıq sektorunun inkişafı üzrə Komissiya”sının qarşısına dərman vasitələri sahəsində siyasətin və idarəetmə mexanizmlərinin, o cümlədən qeydiyyat prosedurlarının təkmilləşdirilməsi, əczaçılıq məhsullarının yerli istehsalının artırılması və digər tapşırıqlar qoyulub. Yaxın vaxtlarda Komissiyanın fəaliyyətinin yekunlarına əsasən yerli dərman bazarının tənzimlənməsinə dair təkliflər təqdim olunacaq”.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026