Vətəndaşların keyfiyyətli tibb xidmətinə əlçatanlığı təmin olunacaq - Nazir

12:26 - 10.02.2022


10 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Səhiyyə naziri Teymur Musayev bu gün brifinq keçirərək qarşıda duran planlar və nazirliyin gələcək fəaliyyəti barədə məlumat verib.

ABC.AZ-ın məlumatına görə, nazir qeyd edib ki, Səhiyyə Nazirliyi özəl qurumlarla tərəfdaşlıq edəcək.

Nazirin sözlərinə görə, dünyanın əksər ölkələrində bu sistemdən istifadə olunur: “Diaqnostika sahəsindən istifadə hər gün artır və bu sahədə heç bir qurumun institusional tərəfdaşlığı olmadan vətəndaşı yüksək səviyyəli və keyfiyyətli tibblə təmin etmək mümkünsüzdür. Buna görə dövlət qurumlarının özəl qurumlarla tərəfdaşlığı işə salınacaq. İnanırıq ki, bununla səhiyyə sisteminin maliyyələşdirilməsi, son nəticə olaraq vətəndaşların yüksək keyfiyyətli tibb xidmətinə əlçatanlığı təmin olunacaq”.