Səhiyyə sahəsində dəyişiklilərə başlanıldı - Nələr olacaq?

11:42 - 10.02.2022


10 fevral, Fineko/abc.az. Bunu Azərbaycanın Səhiyyə naziri Teymur Musayev bu gün brifinq keçirib.

ABC.AZ-ın məlumatına görə, brifinq zamanı bəzi qaranlıq məqamlara aydınlıq gəlib.

Qeyd edilib ki, Səhiyyə Nazirliyinin nəzdində Vahid Səhiyyə Çağrı Mərkəzi yaradılacaq.

Nazir vurğulayıb ki, hər bir vətəndaş həmin Mərkəzə müraciət edərək tibblə bağlı istənilən sorğunu ünvanlaya biləcək: “Bununla da vətəndaşların problemlərinin həllinə və sorğusunun operativ şəkildə cavablandırılmasına nail olacağıq. Təbii ki, nazirliyin rəsmi saytı vasitəsilə daxil olan müaricətlər də qəbul olunaraq dərhal cavablandırılacaq. Eyni zamanda kağız daşıyıcılar vasitəsilə daxil olan müraciətlərə də davamlı olaraq operativ və effektiv baxılması təmin ediləcək”.

Müəllif: Elmir Murad