Azərbaycanda 7779 yoluxma halı qeydə alınıb

16:28 - 9.02.2022


9 fevral, Fineko/abc.az. Azərbaycanda koronavirusa daha 7779 yoluxma halı qeydə alınıb, 6315 nəfər müalicə olunub, 28 nəfər dünyasını dəyişib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda 718145 yoluxma halı aşkarlanıb, 660112 sağalıb, 8948 nəfər dünyasını dəyişib.

Bir gün ərzində COVİD-19 infeksiyasının yeni hallarının aşkarlanması üçün 19314 test, ötən müddət ərzində 6 316 102 test keçirilib.