Azərbaycanda 7032 yeni yoluxma halı aşkarlanıb

17:06 - 8.02.2022


8 fevral, Fineko/abc.az. Bir gün ərzində Azərbaycanda koronavirusa (COVİD-19) 7032 yeni yoluxma halı qeydə alınıb, 5285 nəfər müalicə olunub, 22 nəfər dünyasını dəyişib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda 710366 nəfər yoluxma halı aşkarlanıb, 653797 nəfər sağalıb, 8920 nəfər isə dünyasını dəyişib.

Bir gün ərzində COVİD-19 infeksiyasının yeni hallarının aşkar edilməsi üçün 7889 test keçirilib, ötən müddət ərzində 6296788 test keçirilib.