12:11 - 8.02.2022
8 fevral, Fineko/abc.az. Azad edilmiş ərazilərdə beş ədəd modul tipli xəstəxana tikiləcək.
ABC.AZ-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib.
O qeyd edib ki, hazırda onların tikilməsi ilə bağlı proses gedir.
Onun sözlərinə görə, artıq Şuşada modul tipli xəstəxana tikilərək istifadəyə verilib:
“Hazırda Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Qubadlıda modul tipli xəstəxanaların tikilməsi ilə bağlı sənədləşdirmə prosesi həll edilir. Bu rayonların hər birində gələcəkdə böyük xəstəxanalar tikiləcək. Modul tipli xəstəxanalar müvəqqəti xəstəxana kimi istifadə olunacaq”.