Azərbaycanda daha 4680 yoluxma halı aşkarlanıb

17:24 - 7.02.2022


7 fevral, Fineko/abc.az. Bir sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 4680 yeni hal qeydə alınıb, 2134 nəfər müalicə olunub, 27 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyildiyi kimi, bu günə qədər Azərbaycanda 703334 nəfər COVİD-19-a yoluxub, 648512 nəfər müalicə olunub, 8898 nəfər vəfat edib.

Bir gün ərzində COVİD-19 infeksiyasının yeni hallarının aşkarlanması üçün 11442 test, ötən müddət ərzində 6 278 899 test keçirilib.